02:56 xeber – Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəikili, birinci xanım Mehriban Əliyevanı “2015-ci ilin adamı” adına onun bir çox fəaliyytinə görə layiq görüb.
Xüsusilə də Mehriban Əliyevanın I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində müstəsna rolu olub. Bununla da Azərbaycan müsbət imici ilə dünyada tanınıb.
2012-ci ilin dekabrında Avropa Olimpiya Komitələr birinci Oyunların keçirilməsi ilə bağlı qərarı qəbul etdi və bu şərəfli missiyaya rəhbərlik Mehriban Əliyevaya həvalə edildi. Yəqin ki, Avropa da birinci xanımın incəliyinin, zərifliyinin arxasında böyük zirəkliyin, fəallığın, cəsarətin dayandığından xəbərdar idi.
Əslində biz də hər şeyin möhtəşəm olacağına inanırdıq. Ona görə ki, təşkilat komitəsinə rəhbərlik edən Azərbaycanını birinci xanımı Avroviziya mahnı müsabiqəsində bu etimadı doğrultmuşdu. Bu dəfə də yanılmadıq. Mehriban Əliyevanın rəhbərlik etdiyi böyük bir komanda bu oyunu gözlənilənlərdən də yüksək səviyyədə keçirdi.
Paytaxtımızın xəritəsinə yeni daxil olan Bakı Olimpiya Stadiondakı möhtəşəm açılış və bağlanış mərasimləri dünya miqyasında Azərbaycanın tarixi, müasirliyi, irsi, mədəniyyəti ətrafında yüksək fikirləri daha da dərinləşdirdi.
Bu kübar xanımın ölkənin imicinin yüksəldilməsindəki fəaliyyəti Avropa Oyunlarında bir daha təzahür olundu.
Birinci xanımın 30 aylıq gərgin zəhməti tariximizi, mədəniyyətimizi, tanıtmaqla yanaşı bir çox sahələrdə təcrübə də qazandırdı. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi.
Beynəlxalq tədbir günlərlə dünyanın diqqətini Odlar Diyarına yönəltdi. Aparcı televiziya kanalları, iternet mediası öz səhifələrində bu oyunlara geniş yer verdi. Təşkilin möhtəşəmliyini Avropa Olimpiya Komitəsinin prezidenti də qiymətləndirdi.
Patrik Hikki özü də etiraf etdi ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməklə oyunların lazımi səviyyədə təşkil edib:
“Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların bir çoxu növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram”.
Təşkilat komitəsiniin rəhbərinin işini Avropa oyunları əməliyyat komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də yüksək qiymətləndirdi:
“I Avropa Oyunlarının açılış mərasiminin ən yüksək səviyyədə təşkil olunmuşdu. Möhtəşəm şou oldu. Buna görə çox qürur hissi keçirirəm”.
Azərbaycan Respublikasının prezidenti də qiymət verdi. Dövlət başçısı “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədrini oyunların təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif etdi.
Avopa oyunlarında göstərdiyi xidmətə görə Mehriban xanıma verilən qiymət hələ də davam edir.
Ötən gün İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasında o, Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Ali Orden təqdim edilib.
Azərbaycan Mehriban Xanım Əliyeva ilə ilk Avropa Oyunlarının şanlı tarixini yazdı. O, gördüyü bu işlərlə qürurlanır. “Bakı-2015” I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında “ölkəm və xalqımla qürur duyuram” deməsi elə bu hissin ifadəsi idi.
Elə Azərbaycanı sevən hər bir vətəndaş da birinci xanımla qürur duyur. Bu qürurun bir göstəricisi də məhz Mehriban Əliyevanın “2015-ci ilin adamı” elan edilməsidir.
mənbə :
anspress