07:23 xeber – Dünyanın ən iri təyyarə istehsalçısı “Boing” şirkəti “747-8” Cambo tipli nəhəng avilaynerlərin istehsalını azaldır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sentyabr ayından başlayaraq, istehsalat həcmi illik 12 təyyarədən 6 təyyarəyə düşəcək. ABŞ prezidentinin təyyarəsi sayılan “747-8” modeli, son illər yanacağa qənaət baxımından rəqabətdə 2 mühərrikli modellərə uduzur.
Aerokosmik analitiklərə görə, “747” modeli tədricən ölmək üzrədir. Ağ Evin təyyarəsini çıxmaq şərtilə son bir neçə ildə bu modeldən daha çox yük təyyarəsi qismində istifadə olunur, nəinki sərnişin təyyarəsi.
İxtisar xəbərlərinə baxmayaraq, “Boing”in səhmləri cümə günü 0.5 faiz bahalaşıb. “Boing” şirkətinin icraçı direktoru Rey Conerə görə 2013-cü ildə yük təyyarələri bazarında canlanma olsa da, son aylar “747-8” təyyarəsinə olan tələb azalıb. Habelə ümumilikdə sərnişin təyyarələrinə olan tələb yüksək olaraq qalır.
“Boing” və onun avropalı rəqibi “Aerobus” ötən il bazara rekord sayda təyyarə çıxarıb. “Boing” əasas diqqəti yüngül kompozit materiallardan hazırlanan və yanacağa əhəmiyyətli dərəcədə qənaət edən “787 Dreamliner” modelinin istehsalına yönəldib. Şirkət 2020-ci ilə kimi bu modelin istehsal həcmini aylıq 10 təyyarədən 14 təyyarəyə çatdırmağı planlaşdırır.
mənbə :
anspress