18:50 xeber – Görəsən, Rusiyanın ən az tanınan dövlət strukturu “Rospotrebnadzor”un özünə xas olan volyuntarist üslubda Dmitri Kiselyovun “Vesti nedeli” həftəsonu verilişini bağlamasını təsəvvür etmək olarmı? “Rospotrebnadzor”dan nə istəsən gözləmək olar, amma belə qərar, hər halda, Kremlin ciddi narazılığına və sərt tənqidinə səbəb olmalıdır.
Üstündə oturduğun budağı necə baltalamaq olar? Hökümətin öz mövqeyini ifadə etdiyi bir dili necə kəsmək olar? İnanın, hətta bu günkü Putin Rusiyasında belə bu, ağlasığmaz bir addım olardı. Yəni söhbət ən sadə məntiqlə anlaşılmayan şeylərdən gedir.
Dərin təəssüf və təəccüb hissi ilə qeyd etmək lazımdır ki, bu günkü və real Azərbaycanda baş verən hadisələr nəinki sadə məntiq, hətta hökümətə xas olan rasionallıq və zəka ilə belə izah olunmur. Azərbaycanın ən qeyri-populyar dövlət qurumu – öz üzərinə sovet dövrünə aid “Qlavlit”in missiyasını götürmaş hansısa konstitusiyadan kənar Teleradio Şurası ötən gün Azərbaycan teleməkanının ən populyar siyasi verilişi olan “Mir Şahinlə Hesabat” verilişinin bağlanılmasına dair qərar qəbul edib.
Bu qeyri-adi azərbaycanlı telejurnalistinin istedadını və peşəkarlığını bir kənara qoyaq – indi söhbət ondan deyil, Azərbaycan hakimiyyətinin rasionallığından gedir. Mir Şahin kimi müdafiə edir? Kimə görə hərdən öz müstəqil jurnalist nüfuzunu qurban verir? Hakimiyyətə və İlham Əliyevə görə. Çoxadan sınaqdan çıxmış həqiqətdir – hətta dünyanın ən demokratik hakimiyyəti cəmiyyətdə populyar olmur.
İnsanın təbiəti belədir – ruhən yaltaqlıqdan çox etiraza yaxındır. Etiraz ədalət doğurur, yaltaqlıq və konformizm isə onu inkar edir.
Hakimiyyəti müdafiə edərək (bir daha xatırladaq ki, söhbət tək Azərbaycandan deyil, istənilən hakimiyyətdən gedir) tamaşıçının və oxucunun gözündə qalmaq, onu darmadağın edib özünə şöhrət qazanmaqdan daha çətindir.
Mir Şahin nə edir? O bilərəkdən, hakimiyyətin ən çətin anında – devalvasiya, denominasiya, deqradasiya zəmanəsində, mikrofonunu əlinə alaraq və hakimiyyətin son qərarının dəqiqliyi və alternativinin olmadığı izah etməyə çalışaraq, etirazçı kütlənin qulaqbatıran zərbəsini öz üzərinə götürür.
O bunu hakimiyyət üçün deyil, qeyri-sabitlik və dağıntı girdabına aparılan ölkə üçün edir. Onun efirindən nazirlərin üzləri düşmür – onlar xalqa hakimiyyətin əsil niyyətini çatdırmaq üçün populyar efirdən istifadə edirlər.
Bəs, hakimiyyət nə edir? Onu müdafiə edən Mir Şahini bağlayır və içtimaiyyət qarşısında alçaldır. İndi mənə cavab verin – bu satqın qərarı qəbul edən məmurlar və prezidentin köməkçilərinin addımlarını sağlam məntiqlə necə anlamaq olar? Axı onlar Mir Şahinə yox, Əliyevə xəyanət ediblər. Hakimiyyət bununla nəyi sübut etmək istəyir?
Niyə bu məmurlar hər dəfə elə vəziyyət yaradırlar ki, prezident fors-major situasiyalara qarışmalı və məmur aparatının qeyri-rasional qərarlarını təxirə salmalı olur?
Eyni dırmığı nə gədər tapdalamaq olar? Effekt eynidir – ayaqlar qan içində və alına taxta dəyir. Doğurdanmı dar düşüncəli Nuşirəvan Məhərrəmli anlamırdı ki, əsas siyasi verilişlərin birinin bağlanılması qalmaqalla nəticələnə bilər? İlham Əliyevin məmurlara ictimai nəzarətin gücləndirilməsi və tənqidin artırılmasına çağırdığı bir vaxtda…
Bilirsiz, problem nədədir? Bu Nuşirəvan ömrundə şahmat oynamayıb. O hətta şaşki oynaya bilmir. Nuşirəvan hələ də bu günə gədər “qorodki” oynayır. Bu məmurcuk ikili gedişin nə olduğunu bilmir, çoxgedişli kombinasiyalar haqda isə o heç düşünə də bilməz.
Ölkənin əsas senzoru təyin edilən insandan nə gözləmək olar ki? Amma yox! Prezident onu ölkənin tele-radio yayımının başçısı təyin edib. Bu isə bədii layihələrin reallaşması, TV-nin inkişafı və populyarlaşdırılması, yeni nəsil jurnalistlərin tərbiyələndirilməsi, dünya standartlarına yaxınlaşdırılmasını nəzərdə tutur. Amma Nuşirəvan öz vəzifəsinin məğzini fərqli başa düşüb, o bunu berlə anlayır – onu kəsmək və silmək üçün təyin ediblər. Yaratmağa o öyrəşməyib. Sürünmək üçün doğulandan nə tələb etmək olar ki?..
Təəssüf ki, nəticə ürəkaçan deyil – nədənsə məmurların seçilməsində üstünlük daha çox uçmaq üçün deyil, sürünmək üçün doğulanlara verilir. Bəlkə, ona görə bizim ölkə heç cür qanad aça bilmir? Nüşirəvan Mir Şahinin dostu olmalıdır, İlham Əliyev olduğu kimi. O isə onunla düşmənçilik edir, alçaldır, tabe edir. Ekzistensiyalar və tetraqrammaton Azərbaycan məmuruna rahatlıq vermir.
Görünür, biz hamımız Nuşirəvan və onun bayquşları ilə yaşamağa məhkumuq. Böyük Nizamidə olduğu kimi..
Bu dəfə prezidenti məsələyə qarışdı və onu həll etdi. Bilirsiz, məni nə narahat edir? Son zamanlar prezident həddindən artıq tez-tez məmurların çoxsaylı səhvlərini düzəldir. Səhv etmirəmsə, bu, artıq son iki ay ərzində 7-ci qərardır. Çox deyilmi?
Hakimiyyət istedadlı Mir Şahini barrikadanın o tərəfinə qovmaqla nəyə nail olacaq? Axı bu tərəfdə Nuşirəvan və bayquşlardan başqa artıq heç kəs qalmayıb.
mənbə :
anspress