12:45 xeber – Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayır. Qatar fevral aayının 1-dən işə düşəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq bu barədə qəarar verilib. 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fevralın 1-dən fəaliyyətə başlayacaq.
Həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.
“Sərnişinlərin nəzərinə çatdırırıq ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 09-15-də Bakı-sərnişin stansiyasına çatacaq. Saat 01-10-da Yalama stansiyasına çatan qatar, 03-30-da Yalama stansiyasından yola düşəcək”.
mənbə :
anspress