01:45 xeber – “Qəbələ” klubu braziliyalı futbolçu transfer edə bilər. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, klubumuzun baş məşqçisi Roman Qriqorçuk 25 yaşlı Emerson Brito dos Santosu bəyənib.
O, komandanın Türkiyədəki toplanışının son iki günündə komandanın düşərgəsində olub. Sonra isə vətəninə yollanıb. Emersonun sənədləşmə işlərini həll etmək üçün vətəninə yollandığı deyilir.
Sinyo ləqəbli futbolçu karyerasına “Bahia” klubunun U-20 komandasında başlayıb. O, daha sonra “Seara” və “Quarani de Sobral” klublarının formasını geyinib. 2013-cü ildə “Palmeyras”a transfer olunan 24 yaşlı forvard əsasən B komandasında çıxış edib. Əsas heyətdə isə o, “Santos”la oyunda debüt edib. Onun son iş yeri “Amerika” klubu olub.
Qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk baxışda olan futbolçulardan biri ilə bağlı qərar verib.Ukraynalı mütəxəssis Pavel Paşayevdən razı qalıb. Milli komandamızın üzvü komandanın Antalya toplanışında və yoxlama oyunlarında iştirak edib. Qriqorçuk rəhbərlikdən onunla müqavilə bağlanmasını istəyib.
Emerson Brito dos Santos
mənbə :
anspress