11:20 xeber – Bakı- Qazax magistral yolunda çox sayda insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hələlik sürücüsü və dövlət nömrə nişanı istintaqla müəyyən edilməyən içi sərnişinlə dolu mikroavtobus hərəkətdə olarkən qəfildən sürüşərək aşıb. Hadisə bir neçə dəqiqə əvvəl Bakı- Qazax magistralının 155-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.
İdarədən onu da bildirdilər ki, qəza zamanı 10 nəfərdən çox insan xəsarət alıb. Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Hələlik sürücünün və xəsarət alanların adlarını müəyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
mənbə :
anspress