04:19 xeber – İran prezident Həsən Ruhani Fransaya etdiyi rəsmi səfərdə “İnterkontinental” otelində Fransanın xarici işlər naziri və bir sıra nüfuzlu bizesmenlə görüşüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iranlı prezident beynəlxalq nüvə sanskiyalarının ləğv olunmasından sonra, Fransda bir sıra iri miqyaslı ticarət müqavilələləri bağlamağı planlaşdırır. Ruhani dünən fransalı iş adamlarına səslənərərək, İranın qapılarının investisiyaya açıq olduğunu bildirib.
İranlı lider Fransa şirkətlərinin İrana gələrək, orada yatırılmlar etməsini heç bir əngəlin olmadığını vurğulayıb. Ruhani bu gün Fransa-İran Biznes Forumunda 20-dən çox şirkətin icraçı direktorları ilə görüşərək, biznes liderlərini İranın planları barədə məlumatlandıracaq. Görüşdən sonra bir sıra iri məbləğli müqavilələrin elan olunacağı gözlənilir. İlk növbədə İran tərəfinin Avropanın aparıcı təyyarə istehsalçısı “Airibus”dan 100-dən çox yeni hava laynerinin alınması ilə bağlı müqavilə imzalayacağı deyilir.
Həmçinin “Pevgeot” və “Renault” kimi nəhəng avtomobil şirkətlərinin İranla tərəfdaşlığa razılaşacağı gözlənilir. Bundan başqa İranda müasir hava limanlarının dizaynı və tikintisi ilə bağlı Fransanın inşaat şirkətləri ilə danışıqların aparılacağı istisna edilmir.
İran İslam respublikasının prezidenti Həsən Ruhani Avropa turu çərçivəsində Fransada rəsmi səfərdədir.
mənbə :
anspress