05:55 xeber – Dünya bazarlarında neftin qiymətində cüzi bahalaşma müşahidə olunub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ötən gün 31.28 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 32.84 dollar olub.
Bahalaşma “WTI” neftində də müşahidə olunub. Ötən gün 30.88 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 31.97 dollarda qərarlaşıb.
ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,98 dollar bahalaşaraq 33,88 dollar təşkil edib.
Mənbə: Bloomberg
Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı 36,02 dollardır. Platinin 1 qramı 28.25 dollar, palladiumun 1 qramı isə 16.00 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.46 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
Yanvarın 27-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6050 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7432 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0203 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3024 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5333 AZN müəyyənləşib.
AMB-dən verilən məlumata görə, yanvarın 28-ə USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən olunub.
Mənbə: Azərbaycan Mərkəzi Bankı
mənbə :
anspress