18:08 xeber – “Millət vəkilinin sözlərinə şərh etmək düzgün olmaz. Amma mənim hökümətin kredit güzəştləri ilə bağlı razılığa gəldiyindən xəbərim yoxdur”.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov millət vəkili Vahid Əhmədovun 10 min manata qədər kredit götürənlərə ediləcək güzəştlərlə bağlı hökümətin razılığa gəldiyi barədə verdiyi açıqlamalara münasibət bildirərkən deyib.
Samir Şərifov jurnalistlərə açıqlamasında deyib ki, bir qrup şəxsə kredit güzəşti edilsə, digəri də istəyəcək.
“Bu səbəbdən nəyə görə güzəşt edilməlidir? Bəzi bank müştəriləri borclarını ödəmir. Gözləmə mövqeyindədir ki, hökümət güzəşt edəcək. Borc götürən adam onu necə və hara xərcləyəcəyini bilməlidir”, – deyə Samir Şərifob bildirib.
Nazir bildirdi ki, dövlət ilk növbədə sosial təminat sektoruna diqqət göstərməlidir: “Biz bir qrup borc alanı digərlərindən fəqrləndirməməliyik. Nəyə görə dövlət özəl bankla borcalan arasında münasibətlərə müdaxilə etməlidir? Banklar uzun müddət verdiyi yüksək faizdən əldə etdiyi gəlirləri nəzərə almaqla müştərilərinə güzəşt edə bilərlər. Məsələn kreditlərin vaxtını uzatmaqla”.
mənbə :
anspress