15:38 xeber – Türkiyənin 11-ci prezidenti Abdulla Gül əməliyyat olunub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlmatına görə, sağ əlindəki barmaqlarda vətər qalınlaşması ilə Acıbadəm xəstəxanasına müraciət edən eks prezident əməliyyat edilməli olub.
Həkimlərin qoyduğu diaqnoza görə Gülün sağ əlinin iki barmağında vətər qalınlaşması yaranıb. Əməliyat edildikdən sonra vəziyyətinin yaxşı olduğunu deyən, həkimlər artıq onun evə buraxıldığını bildirib.
Sabiq prezident 2013-cü ildə elə həmin xəstəxanada sağ qulağından əməliyyat olunaraq, qulağına protez taxılıb.
Abdulla Gül-Türkiyənin sabiq prezidenti
Abdulla Gül 11 noyabr 2013-cü ildə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir..
mənbə :
anspress