21:41 xeber – Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumat yayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, XİN bildirib ki, hadisə dünən – 2016-cı il yanvarın 29-da baş verib – Rusiya hava qüvvələrinə aid bir ədəd SU-34 təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. “Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.
Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək “dəhşətli hadisələrə” Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı onun nəzərinə çatdırılıb.
“Su-24”-ün vurulma anı
İki ölkə arasında oxşar hadisə 2015-ci ilən noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhəcini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.
Azərbaycan prezidentin sabiq müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində Rusiyanın bu addımını Türkiyəni təxribata çəkmək cəhdi kimi dəyərləndirib: “Putin Rusiyanı lokal toqquşmaya çəkmək istəyir. Noyabrın 24-də vurulmuş Rusiya təyyarəsinin qisasını alacağı barədə çox bəyanat verib. İndi onu həyata keçirmək istəyib”.
Politoloqun fikrincə, Rusiya toqquşmaya əvvəlcədən hazır olub: “Hava sərhədini bir təyyarə pozsa da, uçuşda bir neçə təyyarə iştirak edib. Həmçinin dənizdən onları S-400 raketləri dəstəkləyirmiş. Lakin Türkiyə tərəfi təmkinlə davranaraq təxribata imkan verməyib”.
mənbə :
anspress