21.04.2016 / 10:18 xeber –
Şirvanda 9 yaşlı uşaq kanala düşərək boğulub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 20-də axşam radələrində Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlu ərazidən keçən Baş Şirvan kollektoruna düşüb.
Hazırda uşağın meyitinin axtarışları Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupu tərəfindən axtarılır.
Ş. Əhmədov Şirvan şəhər 11 saylı orta məktəbin 2-cü sinfində oxuyurdu.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
**
10:06
Şirvanda bir nəfər kanalda batıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.
mənbə :
lent.az