22.04.2016 / 10:04 xeber –
ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı” ilə bağlı ənənəvi müraciətində 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırmayacaq.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Milli Erməni Konqresindən (ANCA) bildirilib. Məlumatı ANCA-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi şəxs verib.
ANCA-nın icraçı direktoru Aram Ambaryan Barak Obamanın qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı vədinə xilaf çıxdığını deyib.
mənbə :
lent.az