25.04.2016 / 13:26 xeber –
Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin saytına isitnadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon sakinləri Azər Mirzəyevə və arvadı Təranəyə taxta parçası ilə xəsarət yetirib evdən 1000 manat pul, 8000 manat dəyərində qızıl əşyalar və 2 ədəd mobil telefon aparmış şəxs müəyyən edilib. Cəlilabad sakini Qalib Abdullayev tutularaq istintaqa təhvil verilib, araşdırma aparılır.
mənbə :
lent.az