26.04.2016 / 23:58 xeber –
Türkiyə ordusu Suriya ilə həmsərhəd Kilis şəhərinə raket zərbələri endirməyə hazırlaşan İŞİD terrorçularını zərərsizləşdirib. APA TV- nin məlumatına görə, türk ordusuna məxsus T-155 "Fırtına" özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbəli yaşayış binası da Türkiyə ordusu tərəfindən vurulub. Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terroristlər məskunlaşıbmış. Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.
mənbə :
lent.az