27.04.2016 / 15:03 xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İntiqam Hacıyev, Seymur və Elnur Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Hacıyev 9 il 6 ay, qardaşların hər biri isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də gecə saatlarında yolda gəzən paytaxt sakini İlham Ağayevin 700 manatını quldurluq yolu ilə almış Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulublar.
mənbə :
lent.az