29.04.2016 / 10:25 xeber –
Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində baş vermiş ağır qəzada ölən iki qadının ana və qızı olduğu məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məhərrəm Bağırov Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində baş mühasib işləyir.
Faktla bağlı araşdırmalar aparılır.
*****
10:09
Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobil qadınları vurub. Nəticədə ağır xəsarətlər alan 63 və 34 yaşlı iki qadın vəfat edib.
Faktla bağlı Naxçıvan polisi araşdırma aparır.
mənbə :
lent.az