Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
24/03/2015

Küçelere atılan Azerbaycan qadınları… – Şekil

Küçelere atılan Azerbaycan qadınları… – Şekil


xeber –

Əri tərəfindən döyülərək küçəyə atılan qadınlar hələ də cəmiyyətimizdə var.

ANS PRESS-in məlumatına görə, BBC Azərbaycan küçəyə atılan qadınlarımızın problemlərindən yazıb.

Pərvanə Novruzəliqızı Azərbaycanda köməksiz qalan yüzlərlə qadından biridir. Uşaqkən analığı, sonra həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Pərvanə hazırda paytaxtdakı sığınacaqlardan birində yaşayır. Onun getməyə yeri yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü problemi aktual sayır və Məlumat Bankı yaradılacağını deyir. Vətəndaş cəmiyyətinin üzvləri isə qadınlara qarşı zorakılıq hallarından narahatdır və deyirlər ki, dövlət qadınlar üçün sığınacaqlar yaratmalıdır.

“Anam mən körpə ikən rəhmətə gedib. Atam ikinci dəfə evləndi. Analığımız bacımla mənə qarşı psixi və fiziki zorakılıq edirdi. Bədənim hələ də uşaqlıq illərimdə çəkdiyim əzabların sübutları ilə doludur. Amma zaman keçdi. İndi bacım həyat yoldaşı və övladı ilə xoşbəxt yaşayır. Mən isə övladlarımın üzünə həsrətəm”, Pərvanə deyir.

13 yaşında analığı tərəfindən olan zorakılığa dözməyən Pərvanə bibisinin yanına qaçır. 6 il sonra isə bibisi onu məcbur ərə vermək qərarına gəlir. “Oğlanı tanıyırdım. İçki içirdi. Bibimə nə qədər yalvarsam da dinləmədi. Toy günü bibim dedi ki, ər evindən yalnız meyidim çıxmalıdır”. Gözlədiyi kimi Pərvanə, ailəsində xoşbəxt ola bilmədi. Həyat yoldaşı ona qarşı fiziki əzablar verməyə başladı. Səbəb isə elə içki idi. “İçəndə özündə olmurdu. Bəzən səhər durub üzümün şişinə, bədənimdəki yaralara baxıb, özü etdiyni inkar edirdi. Qızım dünyaya gəldikdən sonra da dəyişmədi. 6 aylıq uşağa qarşı belə zorakılıq edirdi”, deyir 34 yaşlı Pərvanə.

Pərvanə zorakılıqdan qaçıb sığınmaq üçün yeri olmayan yüzlərlə qadından biridir.

Körpə qızı 6 aylıq olarkən Pərvanə yenə möhkəm döyülür. Bu zaman qayınanası oğlunun cinayətə belə qadir olacağını deyərək, onu atası evinə yollayır. Amma bu, əzabın sonu deyildi. Analığı bir uşaqla qapısında dayanmış Pərvanəni ölümlə hədələyir. Beləliklə qucağı uşaqlı ana küçə həyatına məruz qalır. Pərvanə o günləri belə xatırlayır: “Qış vaxtı idi. Rəsulzadə qəsəbəsindəki parkın oturacaqlarından birində gecələməyə başladım. Düz bir həftə orda qaldım. Körpə də ac idi, mən də. Amma çarəsiz idim, getməyə yerim yox idi”.

Sosial İşçi Sara Ağayeva deyir ki, işlədiyi 5 qadından 4-ü keçmişdə və ya hal-hazırda zorakılığın müxtəlif növlərinə məruz qalanlardır. Onun sözlərinə görə, şiddətin əsas səbəbi qadınların öz hüquqlarını bilməmələri, iqtisadi cəhətdən kişilərdən asılı olmalarıdır. “Bir çox qadınlar hər gün zorakılığa məruz qalsalar da həyat yoldaşlarından ayrlmaq istəmirlər. Çünki heç bir peşəyə sahib deyillər. Ayrılsalar, uşaqlarına baxa bilməyəcəklərini düşünürlər. Həm də ailə basqısı çoxdur. Cəmiyyətin boşanmış qadınlara qarşı tolerant olmamasından qorxurlar”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, məişət zorakılığı ilə bağlı mübarizə kompleks şəkildə aparılmalıdır. “Zorakılığa uğramış qadınlara təkcə psixoloji və ya hüquqi yardım ilə kömək etmək mümkünsüzdür. Həmçinin qanunvericilik bazası mükəmməl olmalıdır”, o deyir.
Onun fikrincə, ən pis hal odur ki, qadına qarşı zorakılıq törətmiş tərəf məhkəmədən yalnız cərimə cəzası ilə canını qurtara bilir.
“Çünki bu işə cinayət işi kimi yox, inzibati iş kimi baxılır. Və bu haldan sonra ailə daxilində vasitəçilər olmasa, bu ailələr ilə işlər aparılmasa, zorakılıq faktları daha da artır. Evdən çıxmış qadın çox vaxt qohumlar tərəfindən həyat yoldaşının yanına geri dönməyə məcbur edilir. Bu zaman zorakılıq halları daha da çoxalır”.

Mətanət Əzizovanın sözlərinə görə, problem illərlə daha da dərinləşir: “Öldürülən qadınlar, cinsi zorakığıla məruz qalan azyaşlılar, küçəyə atılan qocalar ailə zorakılığı ilə aparılan mübarizənin qənaətbəxş olmadığının göstəricisidir. Sivil ölkələrdə polis qurbana çevrilmiş insanların müdafiəçisidir. Bizdə isə əksinədir, bir çox polis işçisi də patriarxal cəmiyyətin bir üzvü kimi davranaraq müraciət edən qadınlara şikayət etməyin doğru olmadığını deyirlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərov, qanunvericilikdə aparılan islahatlara və maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət “ideal deyil”, deyir. 2014-cü ilin statistikasına görə, qadınlara qarşı 1813 fakt cinayət işi kimi qeydə alınıb və qərar verilib. 2013-cü ildə isə bu rəqəm 2114 olub.

“Bu statistika gerçəyi əks etdirmir, çünki qurbanların çoxu müraciət etmir”, cənab Səfərov bildirir. Müraciət etmirsə, o faktların tam qeydiyyata alınması mümkün deyil. Amma dövlət tərəfindən yeni qanunlar hazırlanır. Məlumat bankı yaradılacaq. Onun struktur hissəsi hazırdır, texniki avadanlığın alınması da növbədədir”.

Pərvanə hekayəsi belə davam edir: “Bir həftədən sonra o parkda işləyən bir adam mənə kömək etdi. Yemək verdi. Uşağımın qarnı doydu. Sonra mənə “arvadım ol” dedi. Razılaşdım. 10 il xoşbəxt yaşadıq. Üç övladım dünyaya gəldi. İlk evliliyimdən olan balamı da özününkülərdən ayırmadı, amma…”

Pərvanənin günəmuzd fəhlə işləyən həyat yoldaşı oğurluq üstündə 12 il cəzaya məhkum edilib. Uşaqlarına baxa bilmədiyini deyən ana üç qızını da körpələr evinə yerləşdirib, dörd yaşlı oğlu ilə hazırda sığınacaqda yaşayır. “Heç bir peşəyə yeyələnməmişəm, məşğul ola biləcəyim iş yoxdur. Uşaqlarımı gətirə biləcəyim bir otaqlı da olsa evim yoxdur. Dörd aydır ki, burdayam. Gələcəyimiz necə olacaq bilmirəm”,- deyir Pərvanə.

Həm zorakılıq, həm də potensial insan alveri qurbanı olan Pərvanənin yaşadığı bu hal başqa bir məsələyə diqqət yönəldir. Qurbanın gedəcək yeri yoxdursa, nə etməlidir? Mətanət Əzizova sığınacaqların yaradılmasını mütləq olduğunu deyir: “Sığınacağın məqsədi təhlükəsizlikdir. Bu, ailələrdə ölümlərin sayını azaldacaq. Sığınacaq reabilitasiyadır. Psixoloji, tibbi və hüququi yardım deməkdir. Sığınacaq insan alveri qurbanlarının azalması deməkdir”.

Komitənin sözçüsü Elgün Səfərov dövlət tərəfindən sığınacaqların yaradılmasına ehtiyac olduğunu deyir. “Hazırda Azərbaycanda yeddi QHT-də sığınacaq var”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə qadınlara sığınacaq verən üç QHT-nin fəaliyyət göstərdiyini deyir. Onun təşkilatının sığınacağı uşaqlar üçün nəzərdə tutulsa da o deyir ki, hazırda üç qadın burada yerləşdirilib.

Qadınlar üçün ilk sığınacaq Təmiz Dünya İctimai Birliyində 2002-ci ildə fəaliyyətə başlayıb. Hazırda sığınacaqda dörd qadın var. Qurumun rəhbəri Mehriban Zeynalova belə sığınacaqların dövlət tərəfindən uzunmüddətli maliyyələşməsinə böyük ehtiyacın olduğunu deyir. Çünki sığınacaqlar qısa müddətli maliyyələşmə ilə “fəaliyyətlərini davam etdirə bilmir”. Bu da öz növbəsində reabilitasiya prosesinin effektivliyini azaldır.

Gəncədə fəaliyyət göstərən “Təmas” regional inkişaf ictimai birliyinin sədri Kubra Ələkbərova sığınacaqlarında eyni anda səkkiz böyük, iki ortayaşlı, iki körpə uşağın yerləşdirilməsi üçün avadanlığın olduğunu bildirir. Amma hazırda sığınacaqda üç qadına yardım göstərilir. “Bir xanımın iki azyaşlı körpəsi var idi. Bizim maliyyəmiz az olduğundan o uşaqları SOS uşaq kəndlərinə yerləşdirmişik”, Ələkbərova deyir.

Mənbə : Anspress.com















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2020. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti