Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
25/03/2015

Fazil Mustafa xatireleri çözeledi: “İndiki ağlım olsaydı…” – MƏKTƏB İLLƏRİ

Fazil Mustafa xatireleri çözeledi: “İndiki ağlım olsaydı…” – MƏKTƏB İLLƏRİ


25.03.2015 / 16:42 xeber –

“O qıza kömək etməsəydim, gərək məhəlləyə çıxmayaydım”

O, 1972-ci ildə  Naxçıvan şəhəri Eynalı Sultanov adına 7 saylı məktəbə gedib. Kitab oxumağı çox sevib, şeir yazmağa məktəb illərindən başlayıb. Yox, müsahibimiz şair deyil, şeir yazsa da. Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı millət vəkili Fazil Mustafadır.

 

– Məktəbə qədər bağçaya getdiyimdən çoxlu şeirlər bilirdim. İbtidai sinif müəlliməm Məsimə Hacıyeva olub. Bir-birimiz üçün ilk idik. Biz onun dərs dediyi ilk sinif, o bizim ilk müəllimimiziydi. Mehriban, qayğıkeş xanım idi. Xatırladığım qədər yenicə ailə qurmuşdu. Tez alışdım məktəbə. İlk dərs günüm müəllimə yasəmən aparmışdım. Həyətimizdə bitən. Qərənfili o vaxtdan xoşlamırdım. Kiməsə hədiyyə edəndə də ətrinə görə yasəmənə üstünlük verirəm. Qərənfil mənə süni gül təsiri bağışlayır. Ancaq məcbur olanda alıram. Qəbir üstünə, ya abidə önünə gül qoymaq lazım olanda ən əlverişlisi qərənfildi. Tez tapılır və qiyməti də baha olmur.

 

Müəlliminə tədricən alışdığını deyir.

 

– Birinci sinif uşağı üçün evlə məktəb arasında fərqi müəyyənləşdirmək çox çətin olur. Hansısa bir boşluğa, yeni mühitə düşür. Və yeni mühitdə o özüylə bərabər olan uşaqların çevrəsində evdəki qədər ərköyün olmaq şansını itirir. Valideyni müəllimlə əvəzləmək özü də uzun bir proses olaraq gedir. Zamanla müəllimə valideyn kimi baxmaq ənənəsi formalaşır. Bunu keçmək hər şagirdə tezliklə nəsib olmur. Ailə nəvazişindən müəllim nəvazişinə transformasiya bəzən uğurlu alınmır. Kimdə bu alınırsa, müəllimin dediklərini də rahat qavrayır və daha çox öyrənməyə meylli olur.

 

– Sizdə necə oldu?

 

– Yaxşı oldu. Amma bir şeyi daim xatırlayıram. Bəlkə də qarşılaşdığım ilk ədalətsizlik də məktəb illərində olub. Əgər buna ədalətsizlik demək olarsa. Bir ay olardı dərsə gedirdik. Müəllim riyaziyyatdan misal vermişdi. Mən bir az çevik həll etdim. Qonşumuzun qızıyla bir partada otururdum. O qız məndən kömək istədi, mən də dəftərimi verdim köçürdü. Və müəllimə bunu gördü. Başdan da xəbərdarlıq etmişdi ki, heç kəs köçürməsin. Dəftərimi yoxlamadan, yazdıqlarımın üstündən xətt çəkib, iki yazdı. Görünür, etiraz etməyə elə ordan başladım (gülür). Kitablarınmı çantama yığıb, haradasa bir kilometrlik yolu piyada ağlaya-ağlaya evə gəldim. Gəldim ki, evdəkilər qovurma bişirir. İndiyə qədər yadımdadı. Soruşdular, niyə ağlayırsan? Dedim, müəllimə mənə “iki” verdi. Niyə? Bəs dəftərimi qonşu qızına köçürməyə verdiyimə görə. Eşidən kimi gülüşdülər. Onda mən lap pərt oldum. Böyük bir faciə baş verib, bunlar hələ gülüşürlər. Mənə görə “iki” almaq faciə idi. Hər halda, müəllimin tələbindən çıxmışdım. Günahım olsa da, alibim vardı. Qonşu qızına mütləq kömək etməliydim. Sonra gərək məhəlləyə çıxmayaydım. Məktəbə getməmək olar. Amma məhəllədə bu obrazla qalmaq olmazdı (gülür).

 

– Müəllimə qarşı münasibətiniz dəyişdi?

 

– İlk vaxtlar kəskin nifrətim yarandı. Bir neçə günə keçdi. Həmişə mehribanlıq gördüyümdən, zamanla düzəldi. Amma bir epizod olaraq günü bu günə qədər yadımda qalıb.

 

Beşinci sinifdə oxuyanda məktəbini dəyişib. Evlərinə daha yaxın olana.

 

– Həmin məktəbdə hər şeyi yenidən başladım. Zamanla köhnə məktəblə əlaqəm kəsildi. Yeni uşaqlar, yeni mühit… Əlbəttə, yeni mühitə alışmaq bir qədər zaman aldı. Oğlanların, qızların öz “kruq”u olur. Yeni adam gələndə özünü təsdiqləmək lazımdı. Ya istəyirlər təzə gələni özlərinə tabe eləsin, öz sözünü diktə etməyə çalışsın. Təzə gələn isə tabe olmaq istəmir. Üstəlik də oxuyan uşaqsansa, sinifdəki digər oxuyanlar səni özünə rəqib biləcəklər. Mən də belə proses yaşadım. Didişə-didişə, qapışa-qapışa sinifdə yerimizi, avtoritetimizi bərpa etdik və normal münasibət qurduq.

 

Deyir, formalaşmağında müəllimlərinin rolu böyük olub.

 

– Fetişləşdirmənin tərəfdarı deyiləm. Hər bir insanla təmasa epizodik fayda kimi baxıram. Həyatımın hansısa bir anında onun bir davranışı, onun bir yönləndirməsi mənim üçün bir haqdır. Dünya görünüşümün formalaşmasında bir sıra müəllimlərin rolu olub. Sabirə, Etiqad müəllimə. Bir də ədəbiyyat müəllimim Şəmil. Pionerlər sarayında mən xüsusi ilə formalaşdım. Oranın kitabxanasının bütün kitablarını oxumuşam. Beşinci-altıncı sinifdə oxuyanda kimliyindən asılı olmadan, fərq qoymadan Azərbaycan ədəbiyyatındakı bütün əsərləri oxumuşam. Əlimə nə düşürdüsə. Mirzə İbrahimovdan tutmuş Süleyman Vəliyevə qədər. Sonra şeir dərnəyinə də getdim. Ora məni rəhmətlik Asif Kələntərli dəvət etmişdi. Sonralar Naxçıvan Ali Məclisinin sədr müavini də oldu. Formalaşmağımda, püxtələşməyimdə rolu oldu, mənə doğru istiqamət verdi. Paxıllıq duyğusu məndə yoxdu. Bunu da mənə rəhmətlik Əbülfəz Elçibəy aşılayıb. O rahatlıqla bəlli yerləri yanındakılara verdi. Siyasi liderdə paxıllıq duyğusunun olmamağı bizə çox şey öyrətdi. Mən indi ətrafımdakı insanlardan qəti qorxmuram. Hələ istedadlı adamdan heç qorxmuram. İstedadlı adamı çox istəyirəm, onun yolunun açılmağını istəyirəm. O artıq mənim dostum olacaq. Cahil adamlar həmişə mənim düşmənimdir. Bu gün yanımda olsun, tərifləsin. Sabah bir çıxışım, bir sözüm onun ağlına batmadısa, düşmənə çevriləcək. Cəmiyyət də belədir. Mən axına qarşı rahatlıqla gedə bilirəm. O şey ki doğrudu, ondan imtina eləməyi düşünmürəm. Düzdü, bunun zərbəsini də alırsan. Zərbəylə yanaşı dəstəyini də. Onsuz da Qalatasaraylı Fənərbağçalı olmayacaq. Amma Qalatasaraylı Fənərbağçalı oyunçunun vurduğu gözəl qola şapkasını çıxarmağa məcburdu. Etiraf etməlidir.

 

Ən sevdiyi fənn, şübhəsiz, ədəbiyyat olub. Çoxlu şeirlər yazarmış.

 

– Şeirlərim “Azərbaycan” qəzetində nəşr olunurdu, televiziyada çıxış edirdim. Dövlət tədbirlərində öz şeirimi deyirdim. İkinci sinifdə oxuyanda yazdığım “Atam bənnadır” şeirim “Azərbaycan pioneri” qəzetində çap olmuşdu. Üç il sonra həmin şeir plagiat olunaraq başqa adam tərəfindən pioner jurnalına verilmişdi. Redaksiyaya etiraz məktubu yazandan sonra bildirdi ki, şeir o qədər xoşuma gəlmişdi ki, əzbərləmişəm. Dilimin əzbəri olub, elə bilmişəm mən yazmışam.

 

Bundan sonra həmin şeir başqa şagird tərəfindən təkrar dərc olunur. Onun bəhanəsi də eyni olur.

 

– Orta məktəbdə xeyli məşhur idim. Tədbir və mübahisələrdə iştirak edərdim. Hə, bir də tarix və coğrafiyanı yaxşı oxuyardım. Xəritədə istənilən yeri dərhal göstərə bilərdim. Hətta ölkələrin nə qədər əhalisi var, dövlət başçısı kimdi? Futbol klublarını da eləcə. Dünyanın tanınmış futbol komandalarının oyunçularının adlarını əzbər bilirdim.

 

– Ancaq azarkeş idiniz?

 

– Yox, həm də oynayardım. Məktəbin həm basketbol, həm voleybol, həm də şahmat komandasının kapitanı idim.

 

– Necə çatdırırdınız?

 

– Bu bir az fəallıqla bağlıdı. Gərək adamın həvəsi ola. Boyum hamıdan balacaydı.

 

Baxmayaraq ki, basketbolda boy önəmlidir. Tez mənimsəyirdim. Günü bu gün də istər futbolda, istərsə də basketbolda peşəkarlarla rahat oynaya bilirəm.

 

Humanitar fənləri nə qədər sevirmişsə, dəqiq elmləri də o qədər xoşlamırmış.

 

– Kimya, fiziki, riyaziyyat… Amma oxuyurdum. Qiymət xətrinə, müəllimin xətrinə. Həm yuxarı sinifdə müəllim lövhənin qabağında qızların yanında pərt etməsi vardı. Daha çox mütaliə etməyi sevərdim. Hazırlığımda bu istiqamətdə gedirdi. İndiki ağlım olsaydı, fizika, riyaziyyata üstünlük verərdim. İnsanın dünya görünüşünün formalaşmağında bütün fənləri, o cümlədən biologiyanı yüksək səviyyədə bilmək lazımdı. Heç nə itkiyə getmir.

 

– Məktəb illərindən yadda qalmış ən maraqlı hadisə?

 

– “Məktəb illəri” deyəndə yadıma çox hadisələr düşür. Sinifdən qaçardıq. Hər sinfin liderləri olur. Məsələn, lider qərar verir ki, bu gün dərsdən qaçmaq lazımdı. Mən qoşulmurdum onlara. Xoşum gəlmirdi ki, kimsə mənə nə edəcəyimi desin. Amma elə məqam olurdu ki, ən sərt müəllimin dərsindən qaçırdım. Hamı qorxurdu ondan. Çubuqla döyən idi. Dərs başlayanda dururdum ayağa ki, müəllimə deyərsiniz ki, mən getdim evə. Bir növ sinif yoldaşlarıma göstərmək üçün ki, mən müstəqil qərar qəbul edirəm. Siz zəif müəllimin dərindən qaçırsınız, mənsə güclü. Belə inadlaşmalar olurdu. Sonra, Yuqoslav siqaretləri vardı. Alırdıq onu. Özümüzü təsdiq eləmək üçün dərsdən sonra gedib otururduq xarabalıq yerdə. 6-7 nəfər bir qutunu iki saata qurtarırdıq. Yeddidə, ya səkkizdə oxuyardıq. Sonra siqaretdən zəhləm getdi. Bəlkə də o çox çəkmək məni bezdirdi. Sonrakı dövrlərdə 1-2 aylıq çəkdim. Amma son on ildi ümumiyyətlə çəkmirəm.

 

Sinifdəki qızlarla yaxşı yola gedirmiş…

 

– Sinifdə qızların hamısıyla oğlanlar küsülü idilər. Niyəsi yadıma gəlmir. Qızlarla bir mən danışırdım. Mən hamıyla kontakt yaratmağı bacaran adamam. Yaşıdlarımız vaxtından əvvəl bığ, saqqal saxlayırdılar. Özlərini yaşlı adam kimi aparırdılar. Mənsə, özümü uşaq, məktəbli kimi hiss edirdim. Ona görə də qızlar məni çox istəyərdilər. Nə sözləri olsa, mənə deyərdilər. Evdən konfet gətirəndə mənim payımı mütləq saxlayardılar.

 

– Qızlardan söz düşmüşkən, sevdiyiniz qız vardı?

 

– Başqa sinifdə vardı. O da Məcnuna çevriləcək qədər deyildi. Mənim marağım oxumaq, öyrənmək idi. Duyğusallığa özümü yönləndirmirdim. Bəzən mənə gülməli gəlirdi, sinifdə o bu qızı istəyirdi, bu o qızı istəyirdi. Onsuz da sonradan heç biri məktəb vaxtı istədikləri qızla evlənmədi də. Bu da bir uşaqlıq əyləncəsiydi. Xoşumuz gələn, simpatiya duyduğumuz müəllimlərimiz də vardı. Söhbət təkcə xarici gözəllikdən getmir.

 

Müəllimlərin səhvini də tutarmış. Bu səbəbdən də müəllimlər valideyninə ondan şikayət edərlərmiş.

 

– Müəllimlər yaxşı oxuyan şagirddən həm xoşları gələr, həm də çox istəməzlər. Çox istəməzlər ona görə ki, həmin şagirdlər müəllimin səhvini çıxartmağa çalışar. Mən də eləydim. Bir sıra müəllimlərim vardı ki, anama deyirdilər ki, mənim səhvimi çıxartmasın. Axırda müəllim mənimlə kompromisə girirdi. Onun mənimlə işi olmazdı, mənim də onunla.

 

Məktəb illərindən danışa-danışa köhnə xatirələr canlanır.

 

– O vaxt müəllimlə şagirdlər arasında daha səmimi ortam vardı. Şeir gecələri keçirilərdi. Məktəbin zəruri adamına çevrilmişdim. Bütün tədbirlərdə məni çağırırdılar.

 

– Döyülmüsünüz heç?

 

– Evdə atam hamıya sillə vurardı, məndən başqa. Məndən böyüyü də vururdu, məndən yaşca kiçiyi də. Amma mənim nəsə elə bil xüsusi statusum vardı. Döyülmürdüm. Evdə də, məktəbdə də. Həm ona gətirib çıxaracaq hərəkətlər də etməzdim. Ölçünü saxlaya bilirdim. Bir həddə qədər dəcəl idim, şuluq idim. Amma dalaşqan da olmamışam. Fiziki cəhətdən elə də güclü olmamışam. Sinifdə hamıdan balacaydım. Əsas hədəfim özümü döydürməmək idi. Amma özümü müdafiə etmək üçün hansı vasitə lazımdırsa, onu edirdim. Çubuqla vurmaq lazımdırsa, çubuq, yumruq lazımdırsa, yumruq.

 

– Bəs indi?

 

– İndi də beləyəm. İnandığım həqiqət varsa, onu istənilən axının qarısına çıxıb müdafiə eləyə hazır adamam. Televiziya, mətbuatda bəzən fikrilər səsləndirəndə üstümə çox hücumlar gəlir. Çox da əhəmiyyət vermirəm. Yenilikçiyəm də. Dünən qəbul etdiyim müəyyən anlayışları bu gün qəbul etmirəm.

 

– Məsələn, nəyi?

 

– Universitetdə oxuyanda çox kompromissiz idim. Müəllim və tələbələr də bunu bilirdi. Xoşum gəlməyən adama salam verməzdim. Üzünə qarşı birbaşa deyirdim ki, səndən zəhləm gedir. Müəllim mənimlə kobud danışa bilməzdi. Yaxud, məsələn, partiya biletimi birinci mən yandırdım. Yəni o şeylərdə ki, haradasa özüm düşündüyüm bir addım varsa, orda heç vaxt cəsarətsizlik etmirəm. Bu, bəlli bir dövr üçün faydalıdır. Çünki öz xarakterin formalaşır. Müəyyən yaş həddindən, transformasiya olunduqdan sonra dəyişməlisən. Amma indi daha kompromisə meylli adamam. İslamı dərindən öyrənməyə çalışandan sonra həyata baxışımda xeyli dəyişiklik oldu. Kompromisə getmək, insanları anlamaq, güzəştə gedə bilmək, insanları tanımağa çalışmaq.

 

– O illər dostunuz kimiydi?

 

– Tofiq. İndi də münasibətimiz, ailəvi gediş-gəlişimiz var. Məktəb vaxtı tez-tez savaşırdıq. Bir il dost olurduq, bir il küsülü (gülür). Hərbi xidmətdə olanda daim məktublaşırdıq. O, mənim bütün şeirlərimi əzbər bilir. Elə şeirim var, mən itirmişdim. Amma o hamısı yazıb saxlayıb. Əsgərlikdə məktubla ona göndərdiyim şeirlərə hətta musiqi də bəstələyirdi. 

 

– Məktəblərdə kişi müəllimlərinin sayı azalıb. Sizcə, şagirdlərin formalaşmağında kişi müəllimlərin təsiri var?

 

– Bu gün elə kişi müəllimi var ki, qadın kimi bir şeydi. Danışıqca, hərəkətcə, xaraktercə… Onlar nəyi dəyişəcək? Elə qadın müəllimləri var ki, onlardan daha cəld, xarakterli, cəsur və tələbkardır. Mən onları fərqləndirməyi doğru hesab eləmirəm. Amma bu sayın olması önəmlidir. Adətən qadınlar üçün məktəb fakültativ iş, kişilər üçün isə əsas iş sahəsidir. Əsas iş sahəsində maaş az olanda onlar keçib taksi şoferi işləyir, mağaza işlədirlər ki, evə daha çox pul gətirsinlər. Qadının isə gətirdiyi 150 manat ailənin büdcəsinə yardımçı funksiyası daşıyır. Ən azı öz xərclərinin bir qismini ödəyir. Ailənin yükü kişinin üzərində olanda müəllim maaşıyla çətin olur. Tək kişi müəllimlərin sayı azalmayıb. Həm də savadlı müəllimlərin sayı azalıb. Savadsız və vicdansız müəllim əvəzinə savadlı və vicdanlı müəllim alternativi olmalıdır.

 

– Müəllimin şagirdi döyməsinə necə baxırsınız?

 

– Müəllim bizi də xətkeşlə vurub. Məsələn, Almaniyada bu qəbul edilməzdi. Çünki hər kəs öz funksiyasını yaxşı bilir. Valideynlər özləri də evdə uşağı vurmur, çığırmırlar. Mən azərbaycanlı ailə tanıyıram ki, Almaniyada yaşayır. Evdə uşağa söz deyəndə narahat olur ki, birdən gedib bağçada deyər, dərhal evə polis gələr. İnsana uşaq bağçasından belə şəxsiyyət kimi baxılır. Ona görə də bizdə eyni metodu tətbiq etmək bəzən problemlər yaradır. Müəllimə uşağı vurmağa icazə vermirsən, amma evdə özün uşağı təhqir edirsən, döyürsən. Bir söz deyim, müəllimin yaxşı uşağı döymək ehtimalı yoxdur. Ən vicdansız müəllim belə ona maneçilik törətməyən uşağı döyməz. Uşaqlar var, elə ədəbsizlik edirlər ki, valideyn özü belə dözə bilmir. Amma məktəbdə müəllim uşağa təpinəndə sanki valideynə bir əzizlik gəlir, başlayır uşağı qorumağa. Təbii ki, uşağı şlanqla döymək vəhşilikdi. Buna yol vermək olmaz. Amma müəllim xəsarət yetirmədən şagirdini xətkeşlə barmağından vurursa ki, dərsini daha yaxşı oxusun, yanındakı yoldaşına mane olmasın, bunu şişirtmək olmaz. Çox vaxt bunu şişirtmək məqsədyönlü xarakter daşıyır. Müəllimin uşağı döyməyini də təbliğ eləmək lazım deyil. Amma çıxış yolu yoxdursa, müəllimi də qınamaq olmaz. Əgər valideyn özü tərbiyə edə bilmirsə, müəllimə həvalə edirsə, o zaman qəbul etməlidir.

 

– Təhsilimizin vəziyyəti necədi? Sizi qane edir?

 

– Qatarı relsin üzərinə qatarı qoymasan hərəkət etməyəcək. İndiki uşaqlar ümumiyyətlə, relsin üzərinə qoyulmur axı. Təsadüfən xaricə gedən uşaq parlayır. Daxildə Azərbaycan universitetlərində məhv olur uşaqlarımız. Bizim universitetlərimizdə mühit yoxdu. Nə müəllim üçün, nə də tələbə üçün…

Mənbə : Lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2020. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti