16.06.2016 / 00:20 xeber –
İyunun 16-dan saat 00.01-dən etibarən Suriyanın Hələb şəhərində 48 saatlıq “sükut rejimi” tətbiq olunacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirliyinin məlumatında bildirilir.
“Rusiyanın təşəbbüsü ilə yunun 16-dan saat 00.01-dən etibarən Suriyanın Hələb şəhərində 48 saatlıq “sükut rejimi” tətbiq olunacaq”, məlumatda deyilir. Bildirilir ki, "sükut rejimi" zorakılıq hallarının azalması və vəziyyətin sabitləşməsi məqsədi ilə tətbiq olunur.
mənbə :
lent.az