16 İyun 03:35
xeber – Yeni mövsümdə bu futbolçu İngiltərədə top qovacaq.
Pep Qvardiolanın baş məşqçi təyin edildiyi “Mançester Siti” ikinci transferini reallaşdırmağa hazırlaşır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Premyer Liqa klubu Leroy Saneni heyətinə qatır.
İddialara görə, artıq “Mançester Siti” transferi “Şalke 04″lə razılaşdırıb. İngiltərə klubunun almanlara 40 milyon funt-sterlinq ödəyəcəyi deyilir.
Qeyd edək ki, Leroy Sane “Şalke 04″ün yetirməsi hesab olunur. “Transfermarkt”ın 18 milyon avro qiymət qoyduğu 20 yaşlı almaniyalı hücumçu başa çatan mövsümdə meydana çıxdığı 42 oyunda 9 qol vurub.
Onu da qeyd edək ki, “Mançester Siti” bundan əvvəl Dortmund “Borussiya”sından İlkay Gündoğanı transfer edib. İngilislər bu transferə 27 milyon avro xərcləyib.
Leroy Sane
mənbə :
anspress