16 İyun 11:16
xeber – Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 10 idmançını yarışdan kənarlaşdırıb.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 10 idmançını yarışdan kənarlaşdırıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlanıb. Həmin siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var.
İdmançımızın qanında qadağan olunmuş dehidroxloro metiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb. İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar bütün 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb.
Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.
Valentin Xristov – atlet Boyanka Kostova “London-2012″də 5-ci yerdə qərarlaşıb. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.
Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8 və Dadaşbəyli Dadaş – 4 il) dopinqdən istifadə etdiklərinə görə diskvalifikasiya olunublar.
mənbə :
anspress