16 İyun 16:05
xeber – Bədbəxt hadisə paytaxt Astanada baş verib.
Qazaxıstanın Müdafiə Nazirliyinə məxsus təyyarənin eniş zamanı təkəri partlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bədbəxt hadisə paytaxt Astanada baş verib. “Tu-134” tipli hərbi təyyarənin təkərinin partlaması barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, təyyarənin sağ hissəsində 4 pnevmatik təkərindən ikisi sıradan çıxıb.
Ekipaj üzvüləri zərər çəkməyib. İlkin məlumatlara görə, hadisə eniş zolağında yad əşyanın olması səbəbindən baş verib. “Təkərlərin hamısı təzə olub. Hadisə pilotun səhvi üzündən baş verəməyib”.
Tu-134 təyyarəsiAnaloji hal ötən il İsraildə yaşanıb. Moskvadan Tel-Əvivə yola düşən “Transaero” şirkətinə məxsus olan təyyarənin enmə zamanı təkəri partlayıb. Nəticədə sərnişinlər təxliyə edilib. Təyyarədə 129 sərnişin olub.
mənbə :
anspress