17 İyun 09:23
xeber – Meyit hadisə yerindən 3 km aralıqda aşkar edilib.
Qədəbəydə yağan güclü yağışların nəticəsi olan sel insan ölümünə səbəb olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 32 Qədəbəy sakini Osman Rzayev məşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb. Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıqda aşkar ediblər.
Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan dəyib. Hələlik yerli sakinlər özləri fəsadları aradan qaldırmağa çalışırlar. Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub.
Hazırda Qədəbəydə hava dürümu normaldır, yağmursuzdur.
mənbə :
anspress