17 İyun 11:22
xeber – Məşqçi İsrailin “Makkabi” klubu ilə 3 milyon dollara anlaşıb.
Gürcü futbolunun əfsanəsi Şota Arveladze “Neftçi”nin təklifini rədd edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşqçi İsrailin “Makkabi Təl Əviv” klubu ilə anlaşıb.
Şota Arveladze ötən gün klub rəhbərliyi ilə görüşərək “Makkabi” ilə 2 illik müqavilə bağlayıb. Gürcü məşqçi İsrail klubunda 2 ilə 3 milyon avro alacaq. Üstəlik komandanın turnirlərdə uğuruna görə bonuslar da olacaq.
Avropa çempionatının açılış mərasimiBir müddə əvvəl Bakıda baş tutan 17 yaşlı futbolçular arasında Avropa çempionatının final matçının izləyiciləri arasında keçmiş gürcü futbolçu Şota Arveladze də olub.
O, zaman Arveladzenin artıq “ağ-qaralar” ilə ilkin danışıqlar apardığı deyilirdi. İddia edilirdi ki, əgər iki tərəf arasında razılıq əldə olunsa, “Neftçi”nin növbəti mövsümdən baş məşqçisi Şota Arveladze olacaq. Lakin görünür ki, iki tərəf arasında razılıq olunmayıb.
Şota futbolçu kimi hücumçu mövqeyində oynayıb. O, 1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur. “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor” kimi komandalarda baş məşqçi kimi çalışıb.
mənbə :
anspress