17.06.2016 / 11:36 xeber –
Prezidenti İlham Əliyev iyunun 17-də Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, senator Alen Desteks Formula -1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırıb və dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayaraq ölkəsində də Qran-Pri yarışlarının keçiriləcəyini deyib.
Alen Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycanın Milli Məclisinə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün Azərbaycana səfər etdiyini də vurğulayıb.
Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən prezident İlham Əliyev yarışların gələn qonaqlarda maraq doğuracağına, onların Azərbaycanla yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
mənbə :
lent.az