18 İyun 00:59
xeber – Omskda gözlənilmədən hava soyuyub.
Rusiyanın Omsk şəhərinə dolu ilə müşahidə olunan qar yağıb. Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərə əvvəl dolu yağıb. Fırtına ilə müşahidə olunan hava yaşanıb. Ardınca isə yağıntı qara çevrilib.
Omskda qar belə yağdı (həvəskar çəkiliş)Gözlənilməz hava dəyişkənliyi azərbaycanlılarında çox yaşadığı şəhərdə çaşqınlıq və təəccüb yaradıb. Bir neçə dəqiqə ərzində yağan qar şəhəri ağ örtüyə bürüyüb. Öncədən yağan yağış isə kanalizasiya sistemini də alt üst edib. Şəhərin küçələriylə sel axıb. Sosial şəbəkələrdə hadisəylə bağlı paylaşımlar edilib.
mənbə :
anspress