20 İyun 09:59
xeber – İftar süfrəsində azanı da müğənnilərədən biri oxuyub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhurları iftar süfrəsi arxasında toplayıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ərdoğan Tarabyadakı Huber iqamətgahında sənət və idman dünyasının öndə gələn simalarını bir araya toplayıb.
Məşhurlarla yanaşı açıq havada keçirilən iftar süfrəsində Qətər əmiri Şeyx Temim Bin Hamad Al-Thanidə iştirak edib. Prezident sənətçilər qarçşısında çıxışında onların Ramazan ayını, eləcədə ötən gün qeyd edilən atalar gününü təbrik edib.
İftara nazirlərdə qatılıb. Onların arasında enerji və tabii qaynaklar naziri, eyni zamanda prezidentin kürəkəni olan Berat Albayrak, xarici işlər naziri Mövlud Çavuşoğlu və başqa aları da olub.
Sənətçilərdən isə iftarda Murat Boz, Yavuz Bingöl, Sibel Can, Seda Sayan, Gülben Ergen, Serdar Ortaç, Alişan, Bülent Ersoy, Petek Dinçöz, Hakan Ural, Coşkun Sabah, Hakan Peker, Cengiz Kurtoğlu, Zara, İbrahim Tatlıses, Burcu Esmersoy, “Beşiktaş”klubunun rəhbəri Fikret Orman, Mustafa Ceceli, İbrahim Tatlısəs, Orxan Gencebay, Kutsi, Hande Yener, Necati Şaşmaz (Polad Alemdar), güləşçi Rıza Kayaalp və başqaları qatılıb. Alman əsilli aktrisa Vilma Elles iftara 1 yaşlı əkizləri ilə gəlib.
R.T.Ərdoğan və birinci xanım Əminə Ərdoğan qonaqlarla bir-bir görüşüb, hal əhval tutublar. Onlar aktrisanın əkizləri ilə foto da çəkdiriblər.
İftar süfrəsində azanı isə məlahətli səsi ilə seçilən Mustafa Ceceli oxuyub.
mənbə :
anspress