20 İyun 10:35
xeber – Tanınmamaq üçün soyadını dəyişən erməni Bakıda döyülüb.
Bakıda 92 ölkənin iştirakı ilə Olimpiya lisenziyalı beynəlxalq boks turniri davam edir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yarışlara Rio Olimpiadasına düşmək arzusunda olan İsrail təmsilçisi David Alaverdyan da qatılıb.
Amma onun adı-soyadı bütün rəsmi sənədlərdə nədənsə David Alaverdov kimi göstərilib.
Alaverdyan (Alaverdov) artıq rinqə çıxıb və ilk döyüşdəcə məğlub olub. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan ermənini qırğız boksçu Azat Usenaliyev məğlub edib.
David AlaverdyanBakıda çıxış edən digər erməni boksçu, Gürcüstanı təmsil edən Otar Yeranosyan (60 kq) isə ilk görüşündə Yeni Zelandiya təmsilçisinə qalib gələrək 1/8 finala çıxıb. Erməni mətbuatının verdiyi xəbərə görə, Otar Bakıya şəxsi mühafizəçiləri ilə gəlib.
Turnirdə 81 kq çəkidə mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov da qələbə qazanıb. Məmmədov Çin təmsilçisi Quo Cin Şini məğlub edib. 1/8 finalda onun rəqibi gürcü Yaqo Kiziriya olacaq. İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri davam edəcək. Bu növdə sonuncu lisenziya yarışı “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edir.
Ermənilər Bakıya gəlməyərək Olimpiya oyunlarından imtina ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya təsnifat turnirində Ermənistan yığması iştirak etməyəcək. Bu ölkənin adı Beynalxalq boks Federasiyasının siyahısında yoxdur.
mənbə :
anspress