20 İyun 11:10
xeber – Qara qızılın qiyməti yenidən 50 dollara çatıb.
Qara qızılın qiymətində müsbət yöndə dəyişiklik baş verib. Bir neçə müşahidə edilən ucuzlaşmadan sonra neftin qiyməti yenidən artmağa başlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, neft 50 dollara çatıb. Nyu York birjasında Texas markalı neftin qiyməti 1,10% artıb və 48,51 dollara çatıb.
Brent markalı neftin bir barreli isə 0,93 % artıb və 49,63 dollar olub.
mənbə :
anspress