21.06.2016 / 05:57 xeber –
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yol ayrıcına çırpılıb.
Nəticədə, sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər K. Musayevin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:44-də başa çatıb.
mənbə :
lent.az