21 İyun 14:55
xeber – Türk futbolçunun evi yumurta atəşimnə məruz qalıb.
Türkiyə millisinin lideri Arda Turanın evinə hücum edilib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.
Yayılan məlumata görə, futbolçunun Barselonadakı evi yumurta atəşinə tutulub. Buna səbəb isə Ardanın yığmadakı uğursuz çıxışı göstərilir. Hücüm edənlərin kimliyi bəlli deyil.
İspaniya – Türkiyə matçında Arda yerli azarkeşlər tərəfindən fitə basılmışdı. Həmçinin sosial şəbəkədə millinin uğursuzluğunda əsas günahkar kimi kapitanın zəif oyunu göstərilir.
Avropa çempionatında Xorvatiya və İspaniya yığmalarına məğlub olan Türkiyə millisi ilə bağlı müzakirələr davam edir. Əsasən millinin baş məşqçi Fatih Terim və kapitan Arda Turan tənqid atəşinə tutulub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş məşqçi və kapitanı sosial mediada tənqid edənlərə sərt şəkildə etiraz edib. “Avropa çempionatı zamanı komandamızın kapitanına qarşı səsləndirilən şüarları heç bir şəkildə qəbul etmirəm. Utanırsınızmı? İspanlar alqışlayarkən siz yuhlayırsınız. Uğurlu bir baş məşqçinin qızına sosial mediada edilənləri bir ata olaraq əsla qəbul etmirəm. Belə bir şey olmaz. İdmanda qələbələr və məğlubiyyətlər ard-arda gələ bilər”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi bu gün son matçına çıxacaq. D qrupunda qərarlaşan Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. “Ay ulduzlular” 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq. Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidirlər.
mənbə :
anspress