21 İyun 16:11
xeber – Onlar əqidələrarası dözümlülük nümayiş etdirməyə çalışıb.
Amerikalı aktrisa Birləşmiş Millətlər Təşkilatının xüsusi səfiri Ancelina Coli ilə dövlət katibi Con Kerri müsəlmanların iftar tədbirinə qatılıb. Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Virciniya ştatında keçirilən tədbirdə Coli və Kerri ABŞ-da əqidələrarası dözümlülük nümayiş etdirməyə çalışıb.
Tədbir, eyni zamanda, Ümumdünya Qaçqınlar Gününə təsadüf edib. Con Kerri tədbirdə çıxışı zamanı prezidentliyə namizəd Donald Trampın müsəlmanlara qarşı viza qadağası tədbiq etmək çağırışlarına sərt reaksiya verib. Kerri bildirib ki, müsəlmanlarla bağlı xəyanətkar və mənfur ritorikalar terrorçu qruplaşmaların özlərinə daha çox tərəfdar cəlb etməsi üçün şərait yaradır.
Ancelina Coli isə insanları dini, irqi, milləti və cinsinə görə tənqid etməyin doğru olmadığını qeyd edib.
Ancelina Coli və Con Kerri müsəlmanlar üçün iftar süfrəsinə qatıldı Kerri, çıxışına “As-salamu alaykum” deyərək başlayıb. Kerri bildirib ki, miqrantların hamısını bir ölkəyə toplasalar, dünyanın ən qarışıq 22-ci ölkəsi olacaq.
“Müsəlmanlara qarşı nifrət yaratmaq terrorçuların əsas məqsədidir. Onlar insanları ABŞ və İslam arasında müharibənin olduğuna inandırmağa çalışırlar. Ancaq müsəlmanların sakit və təhlükəsiz şəraitdə yaşayacağı tək ölkə ABŞ-dır”-deyə Kerri bildirib.
mənbə :
anspress