22 İyun 12:49
xeber – “Aslanlar”dan 10 milyonluq gediş.
Türkiyənin “Qalatasaray” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İstanbul təmsilçisi “Bursaspor”da çıxış edən Serdar Azizlə anlaşıb.
Bunu futbolçunun menecer Haluk Canatar açıqlayıb. Ancaq 25 yaşlı oyunçunun menecer müqavilənin detalları barədə məlumat verməyib. Türkiyə millisinin üzvünün xidmətindən “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça” da maraqlı idi. Həmçinin son Türkiyə çempionu “Beşiktaş”da Serdarla ciddi maraqlanırdı.
Serdar Aziz
Bu arada Uruqvay millisinin qapıçısı Fernando Muslera “Qalatasaray”dan ayrıla bilər. Təcrübəli qolkiperin xidmətindən Meksikanın “Tiqres” klubu maraqlıdı. Meksika klubunun vitse-prezidentini Migel Angel Qarsanın yerli mətbuata açıqlamasında “Qalatasaray”la görüşəcəklərini bildirib.
Musleranın da bu keçidə müsbət yanaşdığı qeyd olunur. Bundan başqa 10 milyon avro qarşılığında “Qalatasaray”ın bu keçidə əngəl olmayacağı bildirilir.
mənbə :
anspress