22 İyun 23:53
xeber – Rəsmi Ankara Moskvadan üzr istəməyəcəyini bir daha səsləndirib.
Türkiyə Rusiyadan qırıcı qalmaqalına görə üzr istəyib-istəməyəcəyinə bir daha aydınlıq gətirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ölkə mətbuatına açıqlama verən Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın Rusiyada üzr istəməyəcəklərini deyib.
O bildirib ki, münasibətlərin düzəlməsi üçün çox çalışmaq lazımdır. “Bu gün və ya sabah nəyinsə baş verəcəyini demək çətindir. Amma üzr və təzminatdan söhbət gedə bilməz.
İbrahim Kalın Rusiya ilə münasibətlərin korlanmasının iqtisadi sahəyə mənfi təsir etdiyini deyib. “Bu bizim turizm sektorunda özünü daha çox göstərib. Amma Rusiyanın da öz problemləri yaranıb”.
Prezidentin sözcüsü bildirib ki, Rusiya Günü münasibəti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə göndərdiyi məktubda xüsusi bir mesaj vardı. “Dövlət başçısı ənənəyə sadiq olaraq təbrik məktubu göndərək dedi. Təbii ki, həmin məktubda bir mesaj var idi”.
İbrahim Kalın – Türkiyə prezidentinin sözcüsüƏrdoğanın Putinə göndərdiyi təbrik məktubu Rusiya və Türkiyə arasında münasibətlərin düzələcəyinə ümidləri bərpa etmişdi. Ərdoğan məktubda Ankara və Moskva arasında münasibətlərin istənilən səviyyəyə çatacağına ümid etdiyini yazmışdı.
Təbrik məktubuna reaksiya verən Kreml münasibətlərin yalnız Türkiyə Rusiyanın şərtlərini yerinə yetirəcəyi halda yaxşılaşacağını bildirdi. “Moskva Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Amma Vladimir Putin açıq dedi ki, Türkiyə bəzi şərtlərə əməl etmədən bu mümkün deyil”, – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Həmçinin mətbuata açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyəyə qarşı yeni ittihamlar səsləndirmişdi.
O bildirib ki, Türkiyədəki Rusiya konsulluğu ölkə həbsxanalarında cəza çəkən vətəndaşları ilə görüşmək istəsə də rəsmi Ankara bu addıma bürokratik əngəllər törədib.
mənbə :
anspress