23 İyun 03:18
xeber – Orduda hərbi hissədən kabel və metal borular oğurlayan anbar rəisi saxlanılıb.
Ermənistanda hərbi hissələrdən birində böyük oğurluğun üstü açılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, istintaq komitəsinin araşdırmaları nəticəsində məlum olub ki, müəyyən müddət ərzində hərbi hissəyə göndərilən əşyalar və tikinti materialları oğurlanıb .
Oğurluğu həyata keçirməkdə ittiham olunan hərbi hissənin anbar rəisi Artaşes Ayvazyan məhkəmənin qərarı ilə nəzarətə götürülüb.
Onun vəkili Səda Safaryan mətbuata açıqlamasında deyib ki, hərbi hissəyə göndərilən əşyaların qeyidiyyatı aparılmayıb. “Artaşes Ayvazyan mənə dedi ki, ola bilər ki, işində hər hansı çatışmazlıqlar olsun. Amma hərbi hissədən oğurluq etməyib. Mənin fikirimcə hər ay yoxlamalar keçirilməli idi. Buna baxmayaraq aylarla heç bir yoxlama aparılmayıb. Anbarda təkbaşına yoxlama aparmaq mümkü deyil”.
Artaşes Ayvazyanın vəkili deyib ki, əgər belə bir oğurluq faktı var idisə niyə 2 il ərzində Müdafiə nazirliyi iddia qaldırmayıb?
“Ortada 17 milyon dram yoxdur. Ola bilməz ki, bu fakt komandirlərin gözündən yayınsın. Burada oğurluq faktı yoxdur”. O bildirib ki, bu cür yarımçıq sübutlarla ilə işi məhkəməyə göndərilib.
İttihamanaməyə görə həbs Artaşes Ayvazyan müxtəlif dövrlər ərzində kabellər, metal borular və digər tikinti materiallarını oğurlayıb. Dövlətə dəyən ziyanın ümumi həcmi 17 mln. 550 min dramdır. İstintaq digər dəlilləri topladığı üçün Artaşes Ayvazyan zaminə buraxılıb.
Bu Emrənistan ordusunda ilk oğurluq faktı deyil. Bir müddət əvvəl Ermənistanın hərbi hissələrinin birində aşpazların əsgər yeməklərini oğurladıqları məlum olub.
Departamentin araşdırmaları nəticəsində məlum olub ki, Mqer Zaroyan və Ovsanna Adamyan müxtəlif vaxtlarda əsgərlərin yeməklərini hərbi hissədən çıxarıblar. Ötən ay hərbi hissələrdəki əsgərlərə məxsus yeməklərin Polşa şirkətlərindən birinə satılması barədə məlumat yayılmışdı.
mənbə :
anspress