23.06.2016 / 04:38 xeber –
Britaniyanın Avropa İttifaqında gələcək taleyi ilə bağlı referendum ərəfəsində keçirilən yekun rəy sorğusu “Brexit” əleyhdarlarının çoxluq təşkil etdiyini göstərib.
APA-nın məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.
Son hesablamalara əsasən, 51% Boyük Britaniyalı Aİ-ı siralarını tərk etməyin əleyhinə, 49% isə – lehinə səs verəcək.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendum iyunun 23-də keçiriləcək.
mənbə :
lent.az