23 İyun 23:34
xeber – PKK silahlılarının zərərsizləşdirilməsi məqsədilə hazırda xüsusi əməliyyat keçirilir.
Türkiyənin Mardin şəhərində terror hadisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bomba yüklü avtomobil Jandarma məntəqəsinin yaxınlığındə partladılıb.
Patlayış nəticəsində hadisə yerinin yaxınlığından keçən TIR sürücüsü və ikisi dinc sakin olmaqla 5 nəfər yaralanıb. Yaralanalar arasında polislərin də olduğu bildirilir. Terror aktı PKK silahlıları tərəfindən törədilib.
Avtomobil uzaqdan idarə olunan bomba ilə partladılıb. Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb. Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Partlayışın təsirindən dağılan əraziTerror aktını törətmiş PKK silahlılarının zərərsizləşdirilməsi məqsədilə hazırda xüsusi əməliyyat keçirilir.
Bundan əvvəl şəhərin Midyat qəsəbəsində baş verən terror hadisəsi nəticəsində üç nəfər ölmüşdü. Onlardan biri polis, ikisi isə mülki şəxsdir. Həmin vaxt 20-dən çox insan yaralanıb. Partladılan maşında 500 kq-a yaxın partlayıcı maddə olub.
Midyat qəsəbəsi terror hadisəsindən sonra
mənbə :
anspress