24 İyun 00:55
xeber – CHP-li millət vəkillərinin araya girməsi ilə gərginlik səngiyib.
Türkiyə Böyük Millət Məclisində (TBMM) yenidən gərgin müzakirələr deputatlar arasında davaya səbəb olub.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Kürdyönümlü Xalqların Demoktratik Partiyasının Siirtdən olan millət vəkili Kadri Yıldırım hərbçilərin Cizrədə anti-terror əməliyyatlarındakı davranışlarını sual altına alıb.
O hərbçilərin vətəndaşların divarlarına təhqiramiz ifadələr yazmasını pisləyib. Yıldırımın bu çıxışı həm hakim Ədalət İnkişaf Partiyasın və Cumhuriyyət Xalq Partiyasından olan millət vəkillərinin narazılığına səbəb olub.
AKP-li Bülent Turan Ramazan ayında bu cür çıxışların deputata yaraşmadığını bildirib. Daha sonra isə digər AKP millət vəkili Osman Aşkın Bakla HDP-li Alican Önlü arasında mübahisə düşüb, deputatlar bir-birlərini şərəfsiz adlandırıb.
Təhqir olunan Osman aşkının HDP sıralarına hücum etməsindən sonra milət vəkilləri yumruqlarını işə salıb, dava düşüb. CHP-li millət vəkillərinin araya girməsi ilə gərginlik səngiyib.
Bundan əvvəl də Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında dava düşüb. Parlamentdə müzakirələr zamanı PKK-nın siyasi qanadı olaraq tanınan HDP komissiyanın işini baykot edib.
HDP-li deputatlar zaldan çıxan zaman kürd marşı oxuyublar. Baş nazirin müavini Yalçın Akdoğanın çıxışı zamanı isə HDP-çilərlə AKP-dən olan millət vəkilləri arasında əlbəyaxa dava düşüb. Davada HDP-nin erməni deputatı Karo Paylyan da iştirak edib.
mənbə :
anspress