24.06.2016 / 02:44 xeber –
Kürdəmirdə fərdi yaşayış evində güclü yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini 1947-ci il təvəllüdlü Mirzəxan Balacan oğlu Qaybalıyevə məxsus ümumi sahəsi 130 kvadratmetr olan bir mərtəbəli evdə yanğın baş verib.
Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
mənbə :
lent.az