24.06.2016 / 07:26 xeber –
Salyan rayonunda yol qəza hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Qızılağac kəndi ərazisində “Mercedes” və “Kamaz” markalı yük avtomobillərinin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Muğan Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
mənbə :
lent.az