24.06.2016 / 16:04 xeber –
Əməliyyat etdiyi xəstənin sağlam ayağını kəsən həkim Valeh Kərimova bir neçə il öncə xəstələrindən biri şeir həsr edibmiş. Lent.az Gülxas adlı şairənin V.Kərimova həsr etdiyi şeiri təqdim edir:
Əzəldən taleyim qara gəlibdi,
Çarəsiz ürəyim yara gəlibdi,
Varlığım, ümidim övladdır, həkim,
Bıçağı çəkəndə yavaş çək, həkim.
Ay Valeh, ömrünə dağ çəkilməsin,
Gözəl gözlərinə qəm çəkilməsin,
Təbəssüm üzündən heç çəkilməsin
Bıçağı çəkəndə yavaş çək, həkim.
Yorulmaq bilmədən şəfalı əlin,
Neçə ömürlərə ömür calayıb.
Sahibi olduğun o saf əməlin
Nə qədər qapıdan ölüm qovmusan.
Gülxasam, varlığımı sənə borcluyam
Xəstələrin canına can verən həkim,
Ürəyim yaradır, param parçadır,
Bıçağı çəkəndə yavaş çək, həkim!
mənbə :
lent.az