24 İyun 17:50
xeber – Faktla bağlı araşdırma aparılır.
Bakıda iş yerində bədbəxt hadisə ölümə səbəb olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iş yerində halı pisləşən iranlı vəfat edib.
Ölən şəxs “İpək Yolu” Gömrük Terminalında çalışan 36 yaşlı İran İslam Respublikası vətəndaşı Qehrani Davuddur. Qəfil vəziyəti pisləşən iranlı həkimlər gələnədək ölüb. Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikasının Baş ProkurorluğuAnaloji hadisə aprel ayında Bakıda idarələrdən birində baş verib. Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 5 saylı Mənzil Kommunal İstismar Sahəsində pasportçu işləyən, 1950-ci il təvəllüdlü Həsənova Zinyət Seyfulla qızı iş yerində vəfat edib. İlkin olaraq bildirilib ki, Z.Həsənova şəkər xəstəsi olub.
mənbə :
anspress