25 İyun 00:50
xeber – Yıldırım Kemeronunu Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid edib.
Türkiyənin baş naziri Binali Yıldırım İngiltərənin baş naziri Devid Kemeronu tənqid edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Yıldırım Ankarada təşkil edilən iftar süfrəsində deyib ki, Kemeron referendumda çox səs toplamaq üçün Türkiyədən istifadə edib.
“Ağzına gələni danışdı. Çox təəssüf edirəm ki, NATO-da da müttəfiqimiz olan İngiltərənin baş naziri belə bir addım atıb.
Onun bu hərəkəti bir millət olaraq bizi kədərləndirdi. Amma İngiltərə xalqı onun söylədiyi fikirlərə əhəmiyyət vermədi. Onlar öz iradələrini ortaya qoydular”.
Yıldırım deyib ki, İngiltərədəki referendum çox yaxşı təşkil olunub. “Referendom kampaniyası çox sərt formada aparılıb. Kompaniya zamnı hətta bir millət vəkilidə həyatını itirib”.
Baş nazir Avropa Birliyinin baş verənlərdən dərs çıxarmalı olduğunu deyib. Rəsmi London heç vaxt türklərə vizasız rejimin tətbiqinə icazə verməyəcək.
Devid Kemeron – Böyük Britaniyanın baş naziriKemeron bir müddət əvvəl Türkiyənin yaxın illərdə belə Avropa Birliyinə (AB) üzv olmayacağını bildirib: “Yaxın vaxtlarda Türkiyənin AB-yə üzv olması ilə bağlı heç bir plan yoxdur. Onlar 1987-ci ildən müraciət edib. Son proqnozlara görə, əgər onlar bu tempi qorusalar, AB-yə üzv ola bilərlər, lakin bu, 3000-ci ildən öncə mümkün olmayacaq”.
O, Türkiyə ilə AB arasında vizasız rejim müzakirə olunacağı təqdirdə, buna qarşı çıxacaqlarını əlavə edib.
mənbə :
anspress