25 İyun 09:00
xeber – Bəxtiyar Şərifzadənin həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru iş başında dünyasını dəyişib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün omayıb.
İlkin məlumata görə ölümə səbəb ürək tutması olub.
Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.
Mərhum bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!
mənbə :
anspress