25 İyun 20:54
xeber – Azərbaycanda ilk dəfə ləzgi dilində hərbi marş səsləndirilib.
Multikulturalizm ili çərçivəsində Qusar Ləzgi Dram Teatrı maraqlı bir layihəyə imza atıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dram teatrının kollektivi zəfər marşı adlanan hərbi marşı təqdim edib. Teatrın direktoru Faiq Qardaşov deyib ki, tədbirin keçirilməsi ilə bağlı təşəbbüs rəhbərlik və işçilər tərəfindən gəlib.
Faiq Qardaşov – Qusar Ləzgi Dram Teatrının direktoru
“Birlikdə qərar verdik ki, teatrda hərbi vətənpərlik həftəsi keçirək. Biz ləzgi dilində marşlarımızla vətənpərvərliyi təbliğ etmək istəyirik. İstəyimizə də nail oluruq”,- deyə teatr rəhbəri bildirib.
Bu respublikada ləzgi dilində səslənən ilk hərbi marşdır. Marş Qusar Ləzgi Dram Teatrının silahlı qüvvələr günündə Azərbaycanın bütün hərbçilərinə hədiyyəsidir.
mənbə :
anspress