26 İyun 03:37
xeber – Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində 3 oyun keçirilib.
İyunun 25-də futbol üzrə XV Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində 3 oyun keçirilib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Avro-2016″nın 1/8 finalında Şimali İrlandiya ilə qarşılaşan Uels rəqibinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Oyunun 75-ci dəqiqəsində Şimali İrlandiya müdafiəçisi Qaret Makauli Qaret Beylın sol cinahdan ötürməsini dayandırmaq cəhdi öz qapısına qolla nəticələnib.
İsveçrə – Polşa matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan polşalılar (5:4) 1/4 finala yüksəlib.
Xorvatiya və Portuqaliya milli komandaları da qarşılaşıb. İspaniyalı baş hakim Karlos Velaskonun idarə etdiyi oyununun əsas vaxtında hesab açılmayıb.
Görüşün 117-ci dəqiqəsində portuqaliyalı Kriştianu Ronaldunun ötürməsini Rikardo Quaresmo rəqib qapısından keçirib.
Beləliklə, Portuqaliya millisi 1:0 hesabı ilə qalib gələrək Avro-2016-nın dörddəbir finalına yüksəlib.
mənbə :
anspress