27 İyun 03:32
xeber – İstənilən radikal videoların paylaşılmasına qadağa qoyulub
“Youtube” və “Facebook” istənilən radikal videoların paylaşılmasına qadağa qoyub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, nəhəng sosial şəbəkələr millətlər və dinlərarası ayrıseçkiliyi təbliğ edən, insanlar arasında münasibəti qızışdıramağa, ayrıseçkilik yaratmağa çalışanlara qarşı müharibə elan edib.
Bildirilir ki, bundan sonra terror qruplaşmalarının paylaşdığı edam, zorakılıq kimi videolar və paylaşımlar da blok ediləcək. Əvvəllər alqoritim müəllif hüquqlarının müdafiəsi üçün tez bir zamanda kontentin tapılıb silinməsinə xidmət edirdi.
Texnologiya təhlil əsasında unikal rəqəmsal identifikator xoşagəlməz materiallar aşkar etməyə imkan verir və belə videoçarxların yüklənməsinin qarşısını alır.
Bu ilin yanvarından “Facebook” və “Instagram” sosial şəbəkələrində lisenziyasız silah satışı qadağan edilib.
Sosial şəbəkələr vasitəsi ilə qeyri-qanuni silah alveri məsələsi xüsusi ilə ABŞ-da aktualdır. Ölkədə baş verən silahlı insidentlər və qətliamlar sosial şəbəkələri idarə edən şirkətləri hərəkətə keçməyə məcbur edib və bu istiqamətdə ilkin olaraq lisenziyasız şirkətlərin silah alveri ilə məşğul olmasının qadağan edilməsinə qərar verilib.
“Facebook” sosial şəbəkəsinin rəsmisi Monika Bikert bildirib ki, son iki ildə daha çox insan sosial şəbəkələrdən alqı-satqı məqsədilə istifadə edir.
Ötən il “Facebook” sosial şəbəkəsində qadın sinəsi əks olunan görüntülər “qara siyahı”ya düşüb. Bura uşağın yedizdirilməsi səhnəsi aid edilmir. Bundan əvvəl “Facebook”da pornoqrafik materialların və terrorçulara dəstək verən materialların yerləşdirilməsi qadağan olunmuşdu.
Cinsi tərkibli şərhlər, insan ləyaqətinin alçaldılması məqsədi daşıyan montaj olunmuş fotolar, fiziki zorakılığı əks etdirən videolar qadağalar sırasına daxil edilib.
Hal-hazırda dünyada “Facebook”dan 1,4 milyard adam istifadə edir. Şirkətin yüzlərlə əməkdaşı isə şikayətlərə baxmaqla ilə məşğul olur.
mənbə :
anspress