27 İyun 12:59
xeber – Azyaşlının cəsədi çay sahilində tapılıb.
Bir neçə gün əvvəl keçmiş həyat yoldaşını öldürdüyü üçün saxlanılan Eldəniz Babayevin daha bir şok cinayət əməli üzə çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş Eldəniz Babayevin ətrafında Qazax Rayon Poli Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Elmiranın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib. Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.
İyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib. Aparılan araşdırmalar nəticəsində cəsədi tapılan qadının Gürcüstan vətəndaşı 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva olması müəyyən edilib.
Bununla yanaşı 19 yaşlı qadını öldürən şəxs də artıq müəyyənləşib. Belə ki, qətli törətmiş Qazax rayonunun Qarapapaq kənd sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Eldəniz Babayev könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.
İstintaqa təslim olan 29 yaşlı Eldəniz Babayev öldürülən Elmira Tanrıverdiyevanın keçmiş həyat yoldaşıdır.
Qətlə yetirilən Elmira Tanrıverdiyeva
mənbə :
anspress