27 İyun 14:06
xeber – Rusiya türk investorların layihələrini qəbul etməyə başlayıb.
Rusiya və Türkiyə arasında münasibətlərin normalaşması üçün ilk addımlar atılır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş baş nazir Binali Yıldırımın rəhbərliyi ilə keçirinlən iclasdan sonra mətbuata verdiyi açıqlamada bildirib ki, Rusiyada Türkiyədən olan investorların əvvəl təxirə salınan layihələri qəbul edilib.
“Son zamanlarda Rusiya ilə əlaqələrimizinin yaxşılaşdığı hiss edilir. Rusiya tərəfinin də əlaqələrin normallaşması üçün gərəkli addımı atıldığını görürük”.
Türkiyə rəhbərliyi də Rusiya ilə münasibətlərin yaxşılaşması üçün addımlar atmağa başlayıb. Baş nazir Binali Yıldırım bu axşam təşkil edəcəyi iftara Rusiyanın Türkiyədəki səfirini də dəvət edib.
Numan Kurtulmuş-Türkiyə baş nazirinin köməkçisi Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Günü münasibəti ilə prezident Vladimir Putinə təbrik məktubu göndərmişdi.
Məktubda Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına ümid ifadə olunurdu. Amma Rusiya tərəfi Türkiyənin bu jestini sədəcə protokol adlandırmışdı.
Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə vurulan “Su-24” rus təyyarəsindən sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Bir sıra iqtisadi sanksiyaların tədbiqi başlayıb. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib. Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılıb
“Su-24”-ün vurulmasıRusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərara əsasən, Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub.
Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.
mənbə :
anspress